UNEC-də “Startap günləri” keçiriləcək

UNEC-də “Startap günləri” keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn formatda “Startap günləri” keçiriləcək.
Seminarda Azərbaycan Dövlət İqtisad və İsrailin Təl-Əviv universitetlərinin məzunu, “Sofael Global” şirkətinin mütəxəssisi Mübariz Şahbazlı startapların hazırlanıb inkişaf etdirilməsi, yerli və beynəlxalq investorlara yönləndirilməsi istiqamətində məlumat paylaşacaq.
Seminar sual-cavab formatında keçiriləcək.
“Startap günləri”ndə iştirak etmək üçün link UNEC-in saytında yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər