Peter Mixalko: Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirirəm

Peter Mixalko: Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirirəm Avropa İttifaqında dövlət islahatları sahəsində 2019-cu ildən bəri regionda çoxlu layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) bu layihələr haqqında yaxşı məlumatlıdır. DİM ilə əməkdaşlığı yüksək qiymətləndirirəm. Bu gün başlanan layihə insan kapitalının artmasına kömək edəcək. Ümidvaram ki, bu layihə çox faydalı platforma olacaq.
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi və tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışında söyləyib.
Xatırladaq ki, dövlət qulluğu sistemində dayanıqlı islahatların aparılması məqsədilə DİM 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi təşkilati strukturu və texniki bazanı gücləndirməklə “Azərbaycan Respublikasında 2019-2025-ci illər üçün Dövlət Qulluğunun İnkişafı Strategiyası”nın həyata keçirilməsinə töhfə verməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər