Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətçi kimi uğursuzluğu həm də onun xarakterindəki diktatorluğu ilə bağlıdır.
O, hakimiyyətə inqilab yolu ilə küçədən gələndə rəqiblərinə qarşı sərt üsullardan istifadə etməklə ilk addımları ilə diktatorların yolunu gedəcəyini təsdiqləmiş oldu.
Müxalifət liderlərinin həbsi, mətbuat azadlığının buxovlanması, alternativ fikrin süngü ilə qarşılanması Paşinyanın idarəetmədə yararlandığı əsas üsullardan oldu.
Demokratiya olmayan yerdə xalqın arzusu heç vaxt gerçəkləşə bilməz. Paşinyan hakimiyyətdə olduğu dövrdə Ermənistanın işğalda saxladığı Azərbaycan ərazilərinin heç vaxt geri verilməyəcəyi barədə yalançı bir mif formalaşdırdı. Onun xalqı Qarabağ mövzusunda aldatdığını söyləyənlər isə müxtəlif üsullarla aradan götürüldü.
Sələflərini qeyri-demokratiklikdə günahlandıraraq demokratiya maskası altında hakimiyyətə sahiblənən Paşinyan xalqa və siyasi qüvvələrə Azərbaycan həqiqətlərini öyrənməyə imkan vermədi. Əgər o demokrat olsaydı, Azərbaycanın hər gün gücləndiyini, beynəlxalq aləmin Qarabağ məsələsində artıq haqqı dəstəklədiyini, xüsusən Rusiyanın Ermənistanın arxasından çəkildiyini açıq etraf edər, işğal altındakı torpaqların sahiblərinə qaytarılmasının vaxtı çatdığını açıq söyləyərdi. Heç olmasa müharibə zamanı hər ötən gün məğlubiyyətlərə düçar qaldığını görüb Azərbaycanın dinc ərazilərinə mənasız hücumlar etməyin əks effekt verdiyini anlayardı. Əksinə, həmin ərəfədə həqiqəti yazmasın deyə, mətbuat üzərində müharibə senzurası tətbiq etdi. Beləliklə də xalqı həqiqətləri görməkdən yayındırdı.
Müharibədə uduzandan sonra bəzi etirafları isə daldan atılan daş effekti verdi. Artıq erməni siyasi qüvvələri Paşinyanın yürütdüyü siyasətin iflasa uğradığını bəyan edir, onun diktatura rejimi qurduğunu faktlarla sübuta yetirirlər.
Təbii ki, diktator xislətli Paşinyan ona edilən açıq və haqlı hücumları susdurmaq yolu tutub. Ermənistanın tanınmış mədəniyyət xadimlərindən və müxalifətçilərindən biri, kinoprodüser Armen Qriqoryan dünən paytaxt İrəvanda məhkəmə zalında keçinib.
Bu barədə İrəvan Təcili Yardım Xidmətinin direktoru Taqui Stepanyan açıqlama verib.
Ermənistan regionlarının sakinlərini təhqir etməkdə günahlandırılan A.Qriqoryan məhkəmə iclası zamanı qəflətən özünü pis hiss edib, huşunu itirib. Onu zaldan çıxarıb təcili yardım çağırsalar da, A.Qriqoryanı həkimlər xilas edə bilməyiblər.
May ayında A.Qriqoryana qarşı milli, irqi və ya dini zəmində ayrı-seçkilik salmaqla bağlı cinayət işi açılmışdı.
A.Qriqoryanın dediyinə görə, Rusiya Federasiyasının da vətəndaşı olan mərhum prodüser Moskvanın siyasətini dəstəkləyirdi, Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edirdi.
Vəziyyət o həddə çatıb ki, Avropa İttifaqı dövlətləri və ümumiyyətlə, Qərb ölkələrinin İrəvandakı səfirlikləri, diplomatik nümayəndəlikləri və qurumları, habelə beynəlxalq insan hüquqları təşkilatları və s. hadisə ilə bağlı heç bir bəyanat yaymayıblar.
Paşinyanın rəqiblərinə qarşı apardığı diktator mübarizəsi sanki Qərbin məqsədlərinə xidmət edir. Azərbaycanda bir aksiyaçının burnu qanayanda belə, beynəlxalq təşkilatlardan gələn ard-arda bəyanatlar Ermənistandakı müxalifət liderinin ölümü qarşılığında susub.
Paşinyanın diktatorluğu da bu susqunluq qarşısında daha da vüsət alır. Başqa ölkələrdən demokratiya tələb edən Qərb Qafqazda bir diktator yetişdirdiyinin fərqində deyil desək, yanılmış olarıq. Belə bir diktatorun formalaşması məhz hesablanmış məkrli məqsədin nəticəsidir.
Qafqaz ölkələri qonşuluqda bir diktatorun olmasına təbii ki, etiazlarını bildirməlidirlər. O da dərk olunmalıdır ki, Azərbaycanın əraziləri işğaldan azad olunandan sonra Qafqazın başı üzərindən buludlar çəkilməkdədir. Paşinyanın həm ölkəsi daxilində yürütdüyü diktatura siyasət, həm də sülh danışıqlarında tutduğu qeyri-adekvat mövqe göyərçinlər uçmalı olan səmanı qara buldlara qərq edir.
Tehsil-press.az