Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “Rəqəmsal monitorinq” layihəsinin təqdimatı olub.
Mərasimdə Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri, həmçinin özəl sektor təmsilçiləri iştirak ediblər. Tədbirdə layihə haqqında ətraflı məlumat verilib və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələrdə işçilərin və tələbələrin davamiyyətinə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsidir. “Rəqəmsal monitorinq” sistemi seçilmiş 10 peşə təhsili müəssisəsində işçilərin və tələbələrin davamiyyətinə elektron sistem vasitəsilə nəzarət etmək, məlumatların Təhsil Nazirliyinin serverində toplanması və bu məlumatlar əsasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Diqqətə çatdırılıb ki, layihə 8 ay müddətində həyata keçirilib. Layihə çərçivəsində pilot olaraq nəzərdə tutulan 10 peşə məktəbində mərkəzi məlumat bazası yaradılıb, davamiyyətin izlənilməsi üçün proqram tərtib olunub, bütün elektron sistemlər əlaqələndirilib və monitorinq aparılıb. Bu layihənin gələcəkdə bütün təhsili müəssisələrində və digər struktur müəssisələrdə tətbiq olunması məqsədilə proqram təminatında bütün mümkün nəzarət şərtləri nəzərə alınıb.
Layihə Təhsil Nazirliyinin “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə qalib olub.
Tehsil-press.az