ADA Universiteti ilə Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

ADA Universiteti ilə Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ADA Universiteti ilə Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb.
Xatırladaq ki, Elnur Məmmədov səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Bui Thanh Son ilə görüşüb. Sonra Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Ha Kim Ngocun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nazir müavini Elnur Məmmədov Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnamın Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrinin qurulmasının 30 illiyi: əlaqələrin tarixi və perspektivləri” adlı konfransda fəxri qonaq qismində iştirak edib. Həmçinin tədbir zamanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə ADA Universiteti ilə Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər