İslamşünaslıq ixtisasına qəbul üçün abituriyentlərin Dini Psixoloji Komissiya üzrə qeydiyyatı başa çatıb

İslamşünaslıq ixtisasına qəbul üçün abituriyentlərin Dini Psixoloji Komissiya üzrə qeydiyyatı başa çatıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq ixtisasına qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlərin (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatı başa çatıb.
Abituriyentlər buraxılış vərəqələrini iyulun 25-dən 27-dək çap edə biləcəklər.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər.
Xatırladaq ki, müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürü, ənənəvi dəyərlərə sadiqliyi, vəhdət anlayışına, dinin mənbələrinə münasibəti, dini maariflənmə tələbatı, iman və dindarlığa münasibəti, ibadət həyatı yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər