Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun müdiri, texnika elmləri doktoru, dosent Ziya Əliyev dəvətli tədqiqatçı kimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinə (DIPC) dəvət olunub.
Dosent Z.Əliyev avqustun 1-dən sentyabrın 29-dək yeni nəsil maqnit topoloji izolyator – kvant materiallarının dizaynı və kristal quruluş xüsusiyyətlərini öyrənəcək. Maqnit topoloji izolyatorlar trivial topoloji indeksə malik olan üçölçülü maqnit materiallardır. Qeyri-maqnit topoloji izolyatordan fərqli olaraq, maqnit topoloji izolyatorlar səthində kvantlanma simmetriyası pozulduqda məxsusi yarığa (boşluğa) malik səth hallarına malik ola bilir. Belə maqnit izolyatorlar səthə perpendikulyar istiqamətdə topoloji cəhətdən qorunan yarımkvantlanmış səthi anomal Holl keçiriciliyi nümayiş etdirir.
Ezamiyyə müddətində yeni sinif maqnit topoloji izolyatorların sintezi və tədqiqi nəzərdə tutulub. Alınmış monokristal materiallar onların müxtəlif elektron xassələrinin öyrənilməsi məqsədi ilə Almaniya, İtaliya, İsveçrə və Yaponiyanın bir sıra universitet və elmi mərkəzlərinə göndəriləcək.
Dünyada ilk maqnit topoloji izolyator olan MnBi2Te4 birləşməsi ilk dəfə azərbaycanlı alimlər Nazim Məmmədov, İmaməddin Əmiraslanov, Nadir Abdullayev və Ziya Əliyev tərəfindən alınıb. DIPC-in ümumi koordinatorluğu altında dünyanın bir neçə aparıcı universitetləri ilə birlikdə öyrənilib və alınan nəticələr 2019-cu ildə dünyanın ən nüfuzlu jurnalı olan “Nature” jurnalında dərc edilib. 2020-ci ildə isə layihə müəllifləri Azərbaycan Prezidentinin sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif ediliblər.
Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan Bakı Dövlət Universitetində elmin demək olar ki, bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir, elmi tədqiqatlar aparılır və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində istehsalatla əlaqələr genişləndirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Belə əməkdaşlıqlar çərçivəsində BDU-nun alimləri tədqiqatçı-alim və ya dəvətli tədqiqatçı kimi dünyanın bir sıra nüfuzlu universitet və elm qurumlarına dəvət olunaraq treninqlərdə və təcrübə mübadiləsində fəal iştirak edir, problem mövzular üzrə birgə elmi tədqiqatlar aparırlar.
Tehsil-press.az