Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2022/2023-cü tədris ilində doktorantura səviyyəsində təhsil almaq üçün namizədliyi təsdiq olunmuş Çin təqaüdçüləri ilə müsahibə keçirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə təhsilin müxtəlif səviyyələri üzrə tədris prosesinin təşkili, təhsilalanlar arasında xarici ölkə vətəndaşlarının sayının artmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq Çin təqaüdçülərinin təhsilinə müvafiq şərait yaradılır. Yeni tədris ilində qeyd olunan sazişə əsasən iki nəfər Çin vətəndaşının doktorantura səviyyəsində təhsil alması ilə bağlı Təhsil Nazirliyindən müvafiq məktub daxil olub və bununla əlaqədar olaraq namizədlərlə müsahibə təşkil edilib.
Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək HTP çərçivəsində görülmüş işlər, magistratura və doktorantura səviyyələrində təhsil alan çinli təqaüdçülər haqqında danışıb, çinli namizədlər barədə məlumat verib. Vurğulanıb ki, müraciət edən hər iki çinli təqaüdçü məhz sözügedən proqram çərçivəsində ADPU-nun pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistraturadan rus dili təhsil dili üzrə 2022-ci ildə məzun olub və təhsillərini doktoranturada davam etmək arzusundadır.
Müsahibə zamanı namizədlər dil bilgiləri, dünyagörüşləri, bitirdikləri ixtisas və gələcəkdə davam etmək istədikləri sahə, tədqiqat aparmaq istədikləri mövzulara dair verilən sualları cavablandırıblar.
Sonda hər iki çinli təqaüdçünün HTP çərçivəsində ADPU-nun doktorantura səviyyəsində təhsil almasının məqsədəuyğunluğu haqqında qərar qəbul edilib. Çinli təqaüdçülər verilən müsbət qərara və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az