Qız uşağı başın arxasındakı kəllə hissəsi olmadan doğulub. Uşağın həyatını xilas etmək üçün mütəxəssislər onun kəllə sümüyünün dəqiq 3D modelini hazırlayıblar ki, bu da həkimlərə sümük toxumasının itkisinin dərəcəsini görməyə imkan verib və əməliyyatı planlaşdırmağa kömək edib.
Polşalı mütəxəssislər başının arxasındakı kəllə hissəsi olmadan doğulan bu uşaq üzərində innovativ əməliyyat keçiriblər. Anadangəlmə qüsuru bağlamaq üçün 3D printerdə çap edilmiş vizuallaşdırma modelindən istifadə edilib. Britaniyanın “Daily Mail” qəzeti polşalı cərrahların körpənin həyatını necə xilas etdiklərindən yazır. Qeyd edilib ki, Polşanın Jeşuv şəhərindən olan bir qız uşağında anadangəlmə qüsur aşkar edilib, bu qüsur səbəbindən kəllə sümüyünün beşdəbir hissəsi başının arxasında düzgün formalaşmayıb. Hamiləlik dövründə deformasiya diqqətdən kənarda qalıb və həkimlər onu yalnız uşaq doğulduqdan sonra görüblər.
Patologiya həyat üçün təhlükəli olub. Belə ki, beynin açıq hissəsi infeksiyalara məruz qaldığına görə, çox güman ki, ölümlə nəticələnərdi. Problemi həll etmək üçün həkimlərin cəmi dörd gün vaxtı olub.
Əməliyyat iki saat davam edib, cərrahlar uşağın dərisindən və digər yumşaq toxumalarından başın arxasına yamaq qoyublar. Bununla belə, problem qismən həll olunub, çünki gələcəkdə çatışmayan sümüyün bərpa edilməsi üzrə əlavə əməliyyatlar tələb olunacaq və bu əməliyyatda da 3D çap texnologiyasından istifadə olunacaq. Hələ ki, uşaq müşahidə altındadır - həkimlər onun vəziyyətinə və başının arxasındakı kəllə sümüyünün necə bitişməsinə nəzarət edəcəklər.
"Bu, çox nadir bir qüsurdur və 20 illik fəaliyyətimdə ilk dəfə belə bir prosedur ilə qarşılaşmalı oldum”, - deyə əməliyyatı həyata keçirən professor Lukaş Krakovçik vurğulayıb.
Tehsil-press.az