Sanksiyalara rəğmən: Rusiya ABŞ-la ticarətdən ayda bir milyard dollardan çox qazanır

Sanksiyalara rəğmən: Rusiya ABŞ-la ticarətdən ayda bir milyard dollardan çox qazanır Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.
Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.
Son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partoyada ağac, metal, rezin və digər mallar göndərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır.
Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O'Braynın bu rəqəmləri belə izah edib:
“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”.

Tehsil-press.az



Oxşar xəbərlər