Almaniyanın federal kansleri Olaf Şolts Avropa İttifaqında qərar qəbuletmə sistemində islahatların aparılmasına çağırıb.
O, Praqa Karlov Universitetinin tələbələri və professor-müəllim heyəti qarşısında çıxış edərək, bütöv cari konsepsiyanın yenidən nəzərdən keçirilməsini təklif edib. Şolts səsvermənin nəticələrinə səslərin əksəriyyətinə görə yekun vurmağın daha məqsədəuyğun olduğunu hesab edir. Kansler Avropa İttifaqının mühüm məsələlərinin üzv dövlətlərin mühakiməsinə çıxarılan zaman bu sistemi tətbiq etməyə çağırıb. Altmış dəqiqəlik proqram nitqi ilə çıxış edərkən, o, faktiki olaraq Avropa İttifaqının gələcək yolunu cızmağa çalışıb. Belə ki, o, sanksiyaların tətbiq edilməsi və insan hüquqları məsələlərində qərar qəbuletmə sistemini yenidən nəzərdən keçirməyi təklif edib. Bundan əvvəl qərarlar yekdil səsvermə əsasında qəbul edilib.
Maraqlıdır ki, Şoltsdan əvvəl bu ideyanı ilk dəfə Almaniya kanslerinin təklifini dərhal dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron irəli sürüb. Lakin hazırda Avropa İttifaqına sədrlik edən Çexiya Hökumətinin başçısı Pyotr Fiala qərar qəbuletmə prosesini kökündən dəyişdirmək cəhdlərinə dair xəbərdarlıq edib.
Tehsil-press.az