Ermənistandan Azərbaycanla danışıqlara dair açıqlama

Ermənistandan Azərbaycanla danışıqlara dair açıqlama “Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid edir”.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Vəziyyətin dalana dirəndiyini hesab etmirəm. Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib. Növbəti görüşlər Moskva və Brüsseldə baş tutmalıdır. Ümid edirik ki, razılıq əldə olunacaq və görüş yaxın vaxtlarda keçiriləcək”, - deyə Qriqoryan söyləyib.
Onun sözlərinə görə, hazırda onunla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur.

Tehsil-press.az


Oxşar xəbərlər