İlahiyyat İnstitutu ilə İslam Gənclər Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilib

İlahiyyat İnstitutu ilə İslam Gənclər Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilib İslam Gənclər Təşkilatının prezidenti Hammad Xan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Görüşdə Pakistan–Azərbaycan qardaşlığından danışan Aİİ-nin rektoru dosent Aqil Şirinov Pakistan hökuməti və xalqı tərəfindən ölkəmizə həmişə, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi və mənəvi dəstəyə görə təşəkkürünü ifadə edib.
A.Şirinov Aİİ-nin fəaliyyəti, beynəlxalq əlaqələri, institutun ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı məlumat verib. O, Aİİ-də mövcud ixtisaslar və təhsil pillələri haqqında söhbət açıb. Qeyd edilib ki, institutda bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.
Rektor, eyni zamanda, Pakistan Müsəlman İnstitutu ilə əməkdaşlıq əlaqələridən danışıb, ölkəmizdə mövcud dinlərarası münasibətlərdən bəhs edib. O, Vətən müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri aparıldığını, dini ibadət ocaqlarının bərpasına verilən önəmi vurğulayıb.
Hammad Xan İslam Gənclər Təşkilatı haqqında məlumat verib. Bildirilib ki, İslam Gənclər Təşkilatı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Qonaq Pakistanda mövcud din təhsili barədə danışıb, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasının mümkünlüyünü vurğulayıb.
Sonra birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər