UFAZ-da birinci kurs tələbələri üçün tanışlıq günü keçirilib

UFAZ-da birinci kurs tələbələri üçün tanışlıq günü keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) bu il qəbul olmuş tələbələr üçün tanışlıq günü keçirilib.
UFAZ-a 2022-2023-cü tədris ilində 135 nəfər bakalavriat pilləsinə qəbul olub.
Tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov tələbələri təbrik edib və onlara təhsildə uğurlar arzulayıb. O, tələbələri daim fəal olmağa çağırıb.
UFAZ-ın baş katibi Yelizaveta Bıdanova UFAZ-ın ADNSU və Strasburq Universiteti tərəfindən birgə idarə olunduğunu qeyd edib. Y.Bıdanova Strasburq Universitetinin tələbələrə verdiyi üstünlüklər barədə danışıb.
Tədris departamentinin müdiri və UFAZ-ın Frankofon karyera mərkəzinin rəhbəri Lətifə Nəsibova UFAZ-dakı tədris prosesi, daxili qaydalar, müəllim heyəti, praktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə və imtahanlar barədə ətraflı məlumat verib. O, yeni yaradılan karyera mərkəzinin tələbələrin bilik və bacarıqlarının inkişafında gördüyü işlərdən bəhs edib.
Sonra müxtəlif ixtisas üzrə koordinatorlar tədris proqramları barədə tələbələri məlumatlandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər