UFAZ-ın Rəhbər Komitəsinin 10-cu iclası keçirilib

UFAZ-ın Rəhbər Komitəsinin 10-cu iclası keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin 10-cu iclası keçirilib.
İclasda Rəhbər Komitənin əsas üzvləri - ADNSU-nun rektoru professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Strasburq Universitetinin professoru və UFAZ-ın Tədqiqat departamentinin rəhbəri Filip Turek, Strasburq Universitetinin Akademik tərəfdaşlıq üzrə vitse-prezidenti və UFAZ-ın koordinatoru Jan-Mark Planeks iştirak ediblər.
Görüşdə, həmçinin UFAZ-ın icraçı direktoru dosent Vazeh Əskərov, baş katibi Yelizaveta Bıdanova və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak ediblər.
Rəhbər komitə 2022-2023-cü tədris ili ilə bağlı perspektivdə duran məsələləri, dərslərin təşkili, eləcə də UFAZ-ın istehsalat təcrübəsinin nəticələri haqqında müzakirələr aparıb. Görüşdə 2022-ci ildə UFAZ-da bakalavr təhsilini başa vuran və magistratura pilləsində təhsil alan tələbələrin son statistik nəticələri, habelə tədqiqat sahəsində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
UFAZ-ın Rəhbər Komitəsi universitetin bütün strateji və operativ məsələlərini müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır. Komitə UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan universitetin ən yüksək idarəetmə orqanıdır.

Tehsil-press.az


Oxşar xəbərlər