ADNSU-nun rektoru Strasburq Universitetində yay məktəbində iştirak etmiş UFAZ tələbələri ilə görüşüb

ADNSU-nun rektoru Strasburq Universitetində yay məktəbində iştirak etmiş UFAZ tələbələri ilə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak etmiş Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
Görüşdə rektor Mustafa Babanlı UFAZ tələbələrinin Strasburq Universitetində yay məktəbində iştirakının əhəmiyyətindən danışıb, onlara təhsildə uğurlar arzulayıb.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov yay məktəbinin təşkilindən bəhs edərək bildirib ki, Strasburq Universitetinin prezidenti Mişel Deneken tələbələrlə görüşdə onların hazırlıq səviyyəsindən çox məmnun qalıb. Tələbələr yer elmləri, geofizika, kimya üzrə müxtəlif laboratoriyalarda olublar. Bundan əlavə Strasburq universitetinin professoru Pyer Kollet “XXI əsrdə süni intellektin doğura biləcəyi etik problemlər” mövzusunda mühazirə ilə tələbələr üçün çıxış edib.
Sonra tələbələr öz təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, ümumilikdə 46 nəfər UFAZ tələbəsi iyulun 3-dən 18-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edib. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda, Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxil olub. Proqramın mədəni hissəsində tələbələr yerli muzeylər və Strasburqun mədəni-tarixi obyektlərinə baş çəkiblər.
Yay məktəbində iştirak edən tələbələr təhsil müddətində akademik göstəricilərinə görə seçilirlər.

Tehsil-press.az



Oxşar xəbərlər