Neft və Qaz İnstitutunda I kurs magistrantları ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və davamlılığının təmin edilməsi olub.
Görüşdə çıxış edən institutun icraçı direktoru professor Vaqif Qurbanov elmi müəssisədə
magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, gənclərin akademiyaya, elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır. Həmçinin doktoranturaya və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrantları əla nəticə göstərir və bu, akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsidir.
Sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.
Sonda magistrantların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Tehsil-press.az