Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium bu gün işini uğurla yekunlaşdırıb.
Bağlanış mərasimində rektor Aqil Şirinov simpoziumun aktual mövzuya həsr olunduğunu söyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib. Rektor qeyd edib ki, simpoziumda dinlənilən və birgəyaşayış ənənəsinin müxtəlif aspektlərini özündə ehtiva edən – İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri və s. mövzularda məruzələr kitab şəklində çap olunacaq.
A.Şirinov vurğulayıb ki, İslamı terror dini kimi göstərməyə çalışanların niyyətlərinin saf olmadığı bu simpoziumda dəyərli alimlərin təqdim etdikləri tezislərlə bir daha üzə çıxarılıb. Həmçinin bu tezislər dinimizin tolerantlığını nümayiş etdirir.
Aİİ rəhbəri qeyd edib ki, məruzələrdən də məlum olduğu kimi, İslam dünyasında tarixən birgəyaşayış mövcud olmuşdur. Bu ənənənin ən gözəl nümunəsi ölkəmizdədir. Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların, fərqli məzhəblərin nümayəndələri birlikdə yaşayır. Onlar arasında ictimai, dini zəmində hər hansı münaqişə olmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsinin qorunmasına xüsusi önəm verilir.
Dini Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Ölkəmizdə birgəyaşayış ənənəsinin tarixinin qədim olduğunu diqqətə çatdırıb.
M.İsmayılov tədbirin İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirdiyini deyib. Vurğulayıb ki, bu sahədə çalışan mütəxəssis və tədqiqatçıların məqalələri birgəyaşayış ənənəsinin əhəmiyyətini gələcək nəsillərə ötürməkdə xüsusi rola malik olacaq.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı professor Mevlüt Erten qeyd edib ki, simpoziumda səsləndirilən tezislərə nəzər saldıqda, tədbirdə birgəyaşayış ənənəsinin müxtəlif aspektlərdən araşdırıldığının şahidi oluruq. Nəşr ediləcək simpozium materialları bu ənənənin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi yerə malik olacaq.
Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdiri professor Zekeriya Akman simpoziumda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin iştirakını diqqətə çatdıraraq vurğulayıb ki, bu nümunədə Azərbaycanda olan birgəyaşayış ənənəsinin şahidi olduq. Zekeriya Akman ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.
Daha sonra çıxış edən İzmir Katip Çelebi Universitetinin rektoru professor Saffet Köse, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdir müavini professor Şahin Ahmetoğlu, Şimali Qafqazda dini-mənəvi dəyərlər, onların mədəni spesifikliyinin müqayisəli tədqiqi üzrə UNESCO kafedrasının bölmə rəhbəri dosent Gülçöhrə Seyidova beynəlxalq simpoziumun təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Tədbirdə dinlənilən tezislərin hər biri yüksək qiymətləndirilib.
Simpoziumun sonunda qonaqlara hədiyyələr təqdim olunub.
Xatırladaq ki, iki gün davam etmiş beynəlxalq simpoziumda 100-dən çox məruzəçinin çıxışları 10 paneldə dinlənilib.
Tehsil-press.az