Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Dirçələn Qarabağ” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb, Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı tikinti-bərpa-quruculuq işlərinin ölkəmizin sürətli inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Ümumi və qeyri-üzvi kimya kafedrasının elmi işçisi Əhməd Əhmədov və fakültənin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışlarında qeyd ediblər ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq tədbirlərinin geniş miqyasda həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Böyük Qayıdış layihəsi artıq reallıqdır.
Kimya fakültəsinin III kurs tələbəsi Cavid Şamilov işğal dövründə erməni vandalizminə məruz qalmış dini və tarixi abidələrimiz, I kurs tələbəsi Səbuhi Haqverdiyev Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri haqqında məlumat veriblər.
Sonra Kimya fakültəsinin I kurs tələbəsi Aidə Kərimovanın hazırladığı videoçarx təqdim olunub.
Tehsil-press.az