“Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur” - Prezident

“Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur” - Prezident “İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə macar həmkarı xanım Katalin Novaka ünvanlandığı təbrik məktubunda qeyd edilib.
“Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur”, - deyə Prezident bildirib.
Prezident İlham Əliyev əlamətdar gün münasibətilə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Macarıstan xalqına isə daim əmin-amanlıq və rifah diləyib.

Tehsil-press.az

Oxşar xəbərlər