Prezident İlham Əliyev Malayziyanın Ali Başçısını təbrik edib

Prezident İlham Əliyev Malayziyanın Ali Başçısını təbrik edib Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Tehsil-press.az

Oxşar xəbərlər