Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının müəllimi Türkan Abbasova Təhsil 2 fakültəsinin tələbələri ilə “Hekayə yazmaq texnikaları” adlı təlim xarakterli dərs təşkil edib.
Təlimdə “Simurq” nəşriyyatının direktoru yazıçı Amin Orucov və “Parlaq imzalar” nəşriyyatının redaktoru Toğrul Musayev iştirak ediblər.
Təlimdə Amin Orucov hekayənin yazılması prosesi ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Sonra tələbələr iki qrup şəklində onlara verilmiş şəkillər əsasında hekayə posterləri hazırlayıblar. Hekayəyə ad verməklə yanaşı, onlara tədris olunan təsviri yazı vasitələrindən də istifadə ediblər. Sonda yazıçı Amin Orucov hekayələri dəyərləndirib və onlara tövsiyələr verib.
Tehsil-press.az