“Maskalar artıq cırılır” - Deputat İranı tənqid etdi

“Maskalar artıq cırılır” - Deputat İranı tənqid etdi “İranın Ermənistana qaz ixracı 2 dəfə artacaq. Hazırda Ermənistanın illik 2,6 milyard kub metr qaz idxalının 15 faizi İranın payına düşür”.
Bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.
O xatırladıb ki, İran Ermənistana gündəlik bir milyon kubmetrdən çox qaz ixrac edir.
“Bu ilin 8 ayında ticarət dövriyyəsini 43 faiz artıran İran, Ermənistanla 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir. Ermənistanın hər mənada qayğısına qalan ölkə, İslamı siyasət səviyyəsinə gətirən İrandır. Maskalar artıq cırılır. Hər mənada”, - deyə deputat bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər