“SABAH Magistratura” tələbələri “SABAH.lab”da təlimdə olublar

“SABAH Magistratura” tələbələri “SABAH.lab”da təlimdə olublar Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Texniki Universitetinin (AZTU) “SABAH Magistratura” proqramı üzrə təhsil alan tələbələri “İnnovativ və strateji lider” təlimi çərçivəsində “SABAH.lab” Akselerasiya Mərkəzində olublar.
Təlimi açıq elan edən “SABAH.lab”ın nümayəndəsi Rafiq Alverdiyev mərkəz haqqında təlim iştirakçılarına ümumi məlumat verib. Daha sonra “SABAH.lab”ın İnkubasiya Mərkəzinin icraçı direktoru Talifa İsgəndərli mərkəzdə görülən işlər, mərkəzin ekosistemi, startaplara dəstək prosesindən danışıb. İcraçı direktor Orxan Abbasov isə “SABAH.lab”da görülən işlər, yeni şirkətlərin qurulması və inkişafına mərkəzin dəstəyi haqqında geniş məlumat verib.
Təlimin ikinci hissəsində “Tenter” komandasının CEO-su Ləman Əliyeva və “Bookshifa” komandasının CEO-su Allahverdi Əliyev öz startapları haqqında ətraflı danışıblar.
İnteraktiv formada keçən təlimdə tələbələrin bütün sualları cavablandırılıb.
Qeyd edək ki, Təhsil İnstitutu ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər