Türkiyənin Azərbaycandakı Səfirliyinin, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın təşkilatçılığı ilə Azərbaycanda təhsil alan türk məzunların görüşü keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, müxtəlif ali məktəblərin rektorları, azərbaycanlı və türkiyəli iş adamları, Azərbaycanda təhsil almış və məzun olmuş şəxslər iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tədbirdə çıxışı zamanı bildirib ki, həm Türkiyədə, həm də Azərbaycanda gənclərimizin təhsildə olan aktivliyini başqa sahələrdə də görmək istəyirik.
“Türkiyədə və Azərbaycanda təhsil alan gənclərimizin bir-birilərini tanıyaraq, daim dostluqlar yaradıb, eyni zamanda, təhsil almaları başlıca məqsədlərimizdən biridir”, -deyə C.Bağcı əlavə edib.
Milli Məclisin deputatı Əhliman Əmiraslanov isə qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında sıx əlaqə və əməkdaşlıq mövcuddur.
“Azərbaycanla Türkiyə arasında olan qardaşlıq əlaqəsinin yüksək səviyyədə olması digər sahələrlə yanaşı, təhsil sahəsində də özünü göstərir”, - deyə deputat vurğulayıb.
Tehsil-press.az