Tarix Muzeyində mesenat-sahibkarlarla görüş

Tarix Muzeyində mesenat-sahibkarlarla görüş AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.
Görüşdə baş direktor akademik Nailə Vəlixanlı muzeyin Vətən müharibəsi fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi dəstəyə görə MÜSİAD Azərbaycan İdarə Heyətinə təşəkkürünü bildirib.
N.Vəlixanlı qeyd edib ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenatlıq tarixinə öz imzalarını atdılar.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib ki, təşkilat üzvləri muzeyin Vətən müharibəsi fondunun lazımi materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər.
O, Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması işində muzeyin mühüm rol oynadığını vurğulayıb.
Sonra qonaqlar Vətən müharibəsi fondunda yaradılan şəraitlə tanış olub, Vətən müharibəsi zamanı qazandığımız Qələbəyə həsr olunan sərgini ziyarət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər