Azərbaycanlı tələbələr ABŞ-da tədbir keçirdi

Azərbaycanlı tələbələr ABŞ-da tədbir keçirdi Noyabrın 15-də Corc Vaşinqton Universitetində Azərbaycanlı Tələbələr Birliyi (GWAZESA) tərəfindən Azərbaycanın ABŞ-dəki səfirliyinin dəstəyi və səfir Xəzər İbrahimin iştirakı ilə “Qafqazda Təhlükəsizlik” adlı tədbir təşkil olunub.
Tədbirin keçirilməsinin əsas məqsədi Corc Vaşinqton Universitetində təhsil alan və eyni zamanda Vaşinqton və ətraf bölgələrdən olan tələbələr, təqdiqatçılar və prosfessorlara hazırda Cənubi Qafqazda baş verənləri daha yaxından çatdırmaq, cəmiyyət içərisində yarana biləcək hər hansı bir yanlış informasiyanı aradan qaldırmaq və həqiqətləri izləyicilərlə paylaşmaq olub.
Tədbir ABŞ cəmiyyəti arasında erməni diasporunun Corc Vaşinqton Universitetinin tələbələri arasında yaymağa çalışdığı qərəzli və birtərəfli informasiyalara aydınlıq gətirmək və Azərbaycanın, başda Prezident İlham Əliyev olmaqla, hökumətimizin Cənubi Qafqazda sülh və daimi təhlükəsizliyin tərəfdarı olduğunu göstərməyi nəzərdə tuturdu.
Təbdir Azərbaycanlı Tələbələr Birliyinin giriş sözü ilə başlayıb və daha sonra Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin çıxışı ilə davam edib.
Xəzər İbrahim Qarabağ münaqişəsinin artıq sonladığını, bundan sonra sadəcə bölgədə qalıcı olan sülh və təhlükəsizlik üçün addımlar atılmalı olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin bu məqsədlə atdığı addımlardan bəhs edib, Azərbaycan tərəfinin regionda qalıcı təhlükəsizlik üçün danışıqlara hər zaman müsbət yanaşdığını söyləyib.
Daha sonra Universitetin Cənubi Qafqaz üzrə araşdırmalar aparan və öndə gedən professor və təqdiqatçıların, eyni zamanda tələbələrin sualları ilə müzakirə olunub.
Tədbirdə Corc Vaşinqton Universiteti, Göttingen Universiteti və Amerika Universitetindən olan təqdiqatçılar aktiv şəkildə iştirak ediblər.
Tədbirin sonunda Azərbaycanlı Tələbələr Birliyinin üzvləri Xəzər İbrahimlə birgə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, tədbirin təşkilində tələbələr - Toğrul Ağbabalı, Davud Kazdal, Əli Məmmədov, Kənan Məmmədov, Humay Sadiq və Ayla Kərimova iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər