Azərbaycan Respublikası Təhsil İnstitutunun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birlikdə tələbələr üçün reallaşdırdığı təcrübə proqramı sentyabrın 15-dək davam edəcək. Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən ikili diplom proqramında “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan şəxslər mayın 15-dən təcrübə proqramına qoşulublar.
Təcrübə keçən tələbələr müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili prosesində iştirak edir, eyni zamanda, vətəndaşların müsabiqə ilə bağlı məlumatlandırılması, mərkəzə daxil olan müraciətlərinin yazılı və şifahi formada cavablandırılması, sosial media hesabları üçün müvafiq məzmunun hazırlanması işlərində kömək göstərirlər. Onlar, həmçinin əlavə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi sahəsi üzrə ixtisasartırma fəaliyyətinin rəsmi əsası və ixtisasartırma proqramlarının hazırlanmasına verilən tələblərlə, sənədin məzmunu və ümumi strukturu ilə tanış olur, formalarla işin təşkili yollarını öyrənirlər. Bundan əlavə, oxu materiallarını dəyərləndirir, ixtisasartırma təlimlərinin təşkili yolları və ümumilikdə mərkəzin daimi və beynəlxalq layihələri ilə tanış olurlar.
Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən gələcəkdə bir sıra təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az