Ukraynanın “42 Flows Technologies” şirkətinin nümayəndələri UFAZ-da olub

Ukraynanın “42 Flows Technologies” şirkətinin nümayəndələri UFAZ-da olub Ukraynanın “42 Flows Technologies” şirkətinin nümayəndələri İqor Lujanskiy və Nataliya Kozdrovytska Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Görüş zamanı UFAZ-ın baş katibi Elizaveta Bıdanova, tədris departamentinin rəhbəri Lətifə Nəsibova və kompüter elmləri üzrə koordinator Samer El Zant qonaqlara tədris prosesi barədə məlumat veriblər. Həmçinin UFAZ tələbələrinin gələcəkdə məşğulluğu barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “42 Flows Technologies” şirkəti bu ildən Azərbaycanda nümayəndəliyini açıb. Hazırda UFAZ-ın 4 tələbəsi həmin şirkətdə təcrübə keçmək üçün seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər