Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Məktəb liderliyi” proqramı davam edir.
Bildirilib ki, “Məktəb liderliyi” proqramı 5 modul üzrə 145 saatlıq təlimlər təklif edir. “Məktəbin idarə olunması və liderlik” modulu üzrə təlimlər Türkiyənin Başkent Universitetinin Təhsil İnstitutunun direktoru Servet Özdemir və Karabük Universitetinin professoru Ali Çağatay Kılıç tərəfindən keçirilib. Təlimlərdə “Məktəblərin liderlik potensialının və müəllim liderliyinin inkişaf etdirilməsi”, “Məktəbin peşə təlim icması kimi konsepsiyası”, “Məktəbin idarə edilməsi və liderlik”, “İdarəetmədə güc və səlahiyyət”, “Məktəb və ailə əməkdaşlığı” və digər mövzularda təqdimatlar edilib.
Hazırda “Məktəb liderliyi” proqramında “Məktəb sənədləri ilə iş”, “Məktəblərdə psixoloji xidmətin təşkili” və “Təhsildə qiymətləndirmə və monitorinq” modulları üzrə tədris davam edir.
Qeyd edək ki, proqramın məqsədi məktəb performansını yüksəltmək və şagird nailiyyətlərini artırmaq məqsədilə müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasıdır.
Tehsil-press.az