Dövlət Neft və Sənaye Universitetində Kanadada təhsil mövzusunda təqdimat

Dövlət Neft və Sənaye Universitetində Kanadada təhsil mövzusunda təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kanadada təhsil, iş və yaşam mövzusunda təqdimat keçirilib.
Təqdimat mərasimində Kanada Tənzimləmə Şurasının immiqrasiya məsləhətçisi Ləman Soltanova tərəfindən Kanadada təhsil almaq istəyən tələbələr üçün təqaüd imkanları, universitetlər, müraciət və qəbul prosesi, həmçinin karyera və iş imkanları haqqında geniş məlumat verilib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər