BDU-da “Şuşa İli” çərçivəsində intellektual bilik yarışı

BDU-da “Şuşa İli” çərçivəsində intellektual bilik yarışı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı “Şuşa İli” çərçivəsində fakültələrarası “Dəmir yumruq” adlı “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Qarabağın tacı Şuşa şəhəri ilə bağlı videoçarx nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdi, Böyük Zəfər qazandıq.
Sonra intellektual yarışa start verilib. Yarışda komandalara Şuşa şəhərinin tarixi, mədəni irsi ilə bağlı suallar təqdim olunub. On dörd fakültənin komandalarının təmsil olunduğu yarışda I yeri Hüquq fakültəsi qazanıb. Kimya fakültəsinin komandası II, Tarix fakültəsinin komandası isə III yerə layiq görülüb.
Yarış iştirakçılarına sertifikatlar, birinci yeri tutan komandaya isə kubok təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər