Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzində Sosial Media Marketinq dərslərinə start verilib

Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzində Sosial Media Marketinq dərslərinə start verilib Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzində Sosial Media Marketinq dərslərinə start verilib.
Bu barədə AZƏRTAC-a Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda dünyada və eləcə də ölkəmizdə fəaliyyət göstərən hər bir orta və kiçik biznes subyektlərinin sürətli böyümələri üçün istifadə etməli olduğu alətlərdən biri də sosial media marketinq alətidir. Bunu nəzərə alaraq bu sahədə fəaliyyət göstərən menecerləri yetişdirmək və daha bacarıqlı, bilikli kadrlar hazırlamaq üçün ikiaylıq praktiki sosial media matketinq kurslarına qəbul başladı. İkiaylıq təlim proqramına qatılanlar aşağıdakıları mənimsəyəcək:
- Sosial şəbəkə hesablarının düzgün formada yaradılması (feysbuk, instaqram),
- Sosial şəbəkələrdə uğurlu kontent yaratmağı,
- Biznes menecerin və reklam hesabının düzgün formada yaradılmasını,
- Hədəf kütlə seçiminin (targeting) yaradılması,
- Feysbuk və instaqramda reklamların düzgün formada verilməsini,
- Sosial şəbəkələrdə rəqib analizini,
- Orqanik və effektiv üsullarla instaqramda izləyici (follower) və hərəkətlilik (engagement) artırılmasını,
- Aylıq, rüblük SMM planın hazırlanmasını öyrənəcəksiniz.
Təlim Samir Mehdiyev tərəfindən aparılacaq. Samir Mehdiyev 10 ilə yaxın sosial media marketinq təcrübəsi olan, 100-dən çox yerli və xarici brendlərlə çalışmış Google sertifikatlı rəqəmsal marketinq mütəxəssisidir.
Kursu uğurla başa vuran şəxslər isə iş yeri ilə təmin olunacaqdır. Dekabrın 5-dək qeydiyyatdan keçib iki ay sonra sosial media mütəxəssisinə çevrilmək istəyənlər aşağıdakı ünvan və nömrə ilə əlaqə saxlaya bilərlər:
Ünvan: 8 Noyabr pr 15, Azure Business Centre
Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzi
(055) 535 33 75 wp

Tehsil-press.az


Oxşar xəbərlər