ADNSU-nun əməkdaşları beynəlxalq layihə çərçivəsində Barselonada olublar

ADNSU-nun əməkdaşları beynəlxalq layihə çərçivəsində Barselonada olublar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi beynəlxalq “UniLab” layihəsi çərçivəsində İspaniyanın UPF Barselona Menecment Universitetində tərəfdaş universitetlərlə görüşlər keçirilib.
Tərəfdaş universitetlərin nümayəndələrinin qatıldığı görüşdə ADNSU rektorunun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, beynəlxalq əlaqələr üzrə prorektor müavini dosent Ülviyyə Abbasova, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva iştirak ediblər.
Tədbirdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, tərəfdaş universitetlərin karyera mərkəzlərinin fəaliyyətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması haqqında fərdi təcrübələrdən danışılıb. Eyni zamanda, ADNSU-nun Karyera Mərkəzində tələbələr üçün yaradılan şərait haqqında təqdimat nümayiş olunub.
Görüş çərçivəsində iştirakçılar UPF Barselona Menecment Universitetinin laboratoriyalarında yaradılan şəraitlə tanış olublar.
ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab” layihəsinə 2020-ci ildə qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər