Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində növbəti onlayn qrup müzakirəsi keçirilib.
Layihə çərçivəsində görülən və görüləcək işlər, eləcə də UniLab layihəsinin vahid prototip modelinin yaradılması məsələsi müzakirə olunub.
Eyni zamanda, UniLab layihəsinin yeni yaradılan prototip modulunun tərəfdaş universitetlər tərəfindən tətbiqi, tərəfdaş şirkətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar və layihənin saytı barədə fikir mübadiləsi aparılıb.
Layihənin əlaqələndiricisi Carme Royo UniLab çərçivəsində yaradılan ümumi prototipin tələbə və işəgötürənlər arasında əlaqələrin daha da təkmilləşdirilməsində xüsusi rol oynayacağını deyib.
Qeyd edək ki, ADNSU Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın 1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.
Tehsil-press.az