Rumıniyalı müəllimlərin ADU-nun tələbələri ilə görüşü olub

Rumıniyalı müəllimlərin ADU-nun tələbələri ilə görüşü olub Azərbaycan Dillər Universitetində (ADU) rumıniyalı tərcüməçi müəllimlər - Oana Topala və Emiliya İvancunun Tərcümə fakültəsində təhsil alan tələbələrlə görüşü olub.
Qonaqlar tələbələrə tərcümə zamanı qarşıya çıxan maraqlı məqamlardan, üzləşə biləcəkləri problemlərdən və onların həlli yollarından söz açıblar.
Görüş zamanı Emiliya İvancunun iki şeiri ingilis və rumın dillərində, həmçinin universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayevanın tərcüməsi ilə Azərbaycan dilində səsləndirilib.
ADU-nun nəzdində fəaliyyət göstərən Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri İosefina Batton da mövzu ilə bağlı danışıb, tələbələrlə fikir mübadiləsi aparıb.
Görüşdə Tərcümə fakültəsinin tələbələri ilə yanaşı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin rumın dili üzrə təhsil alan ikinci kurs tələbələri də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər