Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.
Xatirə günü hər il noyabrın dördüncü həftəsinin şənbə günü keçirilir.
Ukraynada 1932-1933-cü illərdə Qolodomorun milyonlarla qurbanının xatirəsi yad edilir. Bu il faciənin 90-cı ildönümü Rusiyanın genişmiqyaslı işğalı kontekstində qeyd olunur. Faciə qurbanlarının xatirəsi Ukrayna vaxtı ilə saat 16:00-da bir dəqiqəlik sükutla anılır, sonra bütün ölkə ərazisində “Şam yandır” aksiyası başlayır. Həmin gün ölkə ərazisində Ukraynanın dövlət bayraqları endirilir.
Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Tədbir ilk on ildə Kiyevdəki Mixaylov meydanında keçirilib. 2008-ci ildən başlayaraq “Qolodomor qurbanları memorialı” Milli Muzeyi açıldıqdan sonra anım mərasimi orada təşkil olunur.
Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, Qolodomor faciəsi nəticəsində 3 milyon 943 min insan həlak olub. Tarixçilər bu rəqəmləri təqribən 7 milyon göstərirlər.
2006-cı ildən Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi qiymətləndirib. 2010-cu ildə məhkəmə qərarı ilə İosif Stalin və onun tərəfdaşlarının Ukrayna xalqının bir hissəsini məhv etmək niyyəti sübut edilib.
Tehsil-press.az