ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə ADNSU-nun professor və müəllimləri, tələbələr, terror qurbanlarının ailə üzvləri və yaxınları iştirak ediblər.
Anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı 13 il əvvəl baş vermiş terror hadisəsi nəticəsində universitetin çox bacarıqlı müəllim və tələbələrini itirdiyini söyləyib. Rektor onların heç zaman unudulmayacağını, xatirələrinin daim əziz tutulacağını vurğulayıb.
Terror aktı qurbanlarının ailə üzvləri və yaxınları, hadisə şahidləri və universitetin əməkdaşları fikirlərini bölüşüblər.

Tehsil-press.az


Oxşar xəbərlər