ADNSU-da tələbələr milli standartlaşdırma sistemi barədə məlumatlandırılıb

ADNSU-da tələbələr milli standartlaşdırma sistemi barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasında keçirilən təlimdə tələbələrə “Azərbaycan Standartlaşdırma İnstitutu”nun (AZSTAND) fəaliyyəti, ölkənin milli standartlaşdırma sistemi, sertifikatlaşdırma fəaliyyəti, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında məlumat verilib.
Təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ADNSU arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər