Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri tərəfindən “Şuşaya qayıdırıq!” ədəbi-bədii kompozisiyası təqdim edilib. Layihənin rəhbəri AzMİU-nun tələbəsi Leyla Kasımdır.
Dekan müavini Elgiz Həsənova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, AzMİU-da hərbi-vətənpərvərlik məsələlərinə, tələbələrin bu istiqamətdə maarifləndirilməsi işinə həssaslıqla yanaşılır.
Daha sonra kompozisiya təqdim edilib. AzMİU-nun tələbələri Leyla Kasım, Nihat Hüseynov, Zakir Qasımov, Təbəssüm Abdullazadə, Aysun Ağayeva, Fazil Bayramov və Hüseyn Paşazadə müharibə dövründə baş verən prosesləri canlandırıblar.
44 günlük Vətən müharibəsindən sonra dillərdə əzbər olan “Qarabağ Azərbaycandır!” ifadəsi müxtəlif dillərdə videoçarx formatda tədbir iştirakçılarına təqdim olunub. Səhnələri daha da təsirli etmək üçün hərbi-vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndirilib. “Şuşanın dağları” mahnısının sədaları altında rəqslər, hərbi-vətənpərvərlik mövzusunda musiqilər ifa edilib.
Tehsil-press.az