AzMİU tələbələri startap üzərindən diplom işi hazırlayacaqlar

AzMİU tələbələri startap üzərindən diplom işi hazırlayacaqlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ali təhsil müəssisələri arasında ilk dəfə startap üzərindən iki müxtəlif diplom işi işləyəcəklər.
Memarlıq fakültəsininn tələbəsi Nüranə Babayeva “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin memarlıq-landşaft layihəsi” mövzusunda, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi Günay Mirhəsənova isə “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin əsas binasının ventilyasiya və kondisioner sistemlərinin layihələndirilməsi” mövzusunda diplom işlərində “Drop by drop” adlı startapdakı yeniliyi konkret layihədə gerçəkləşdirəcəklər. Bu məqsədlə texniki hissənin işlənməsi Memarlıq fakültəsinin müəllimi Fərid Kərimov və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müəllimi Samirə Əkbərovanın rəhbərliyi altında həyata keçiriləcək.
Qeyd edək ki, birgə layihənin işlənməsi tədrisdə yenilik olan PBL tədris metodikasının təməl prinsiplərinə uyğun olaraq təhsilin inkişafına müsbət töhfə verəcək. Eyni zamanda, bu, tələbələrə real təcrübə qazanmağa imkan yaradacaq.

Tehsil-press.az

Oxşar xəbərlər