Regionlarda ali təhsil: reallıqlar və perspektivlər

Regionlarda ali təhsil: reallıqlar və perspektivlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə hibrid formada "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Konfransın məqsədi regionlarda ali təhsilin inkişafı, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir.
Filialın direktoru dosent Yusif Alıyev bildirib ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Yəmən, Liviya, Əlcəzair, Özbəkistan, Qırğızıstan, Moldovadan 58 məqalə qəbul edilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, son 20 ildə Azərbaycan hər sahədə olduğu kimi, təhsil sahəsində də böyük uğurlara imza atıb. Belə ki, ölkənin pedaqoji kadr hazırlığında ilk sırada yer alan ADPU və onun filialları da bu sahədə xüsusilə fərqlənir.
Daha sonra iştirakçılar region universitetlərinin inkişafına dair təklif və proqram xarakterli layihələr təqdim ediblər.
Konfrans iki bölmə üzrə işini davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər