Tələbə və məzunlara 260-dan artıq vakant iş yeri təklif olunub

Tələbə və məzunlara 260-dan artıq vakant iş yeri təklif olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XIII məzun-karyera sərgisi təşkil olunub.
Açılış mərasimində çıxış edən rektor Mustafa Babanlı sərginin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, belə sərgilər müəssisə və təşkilatlarla tələbə və məzunlar arasında əlaqələrin qurulmasından əlavə, gənclərimizin daha çox hansı sahəyə maraq göstərməsinin müəyyən edilməsində, işlə təminatında mühüm rol oynayır.
Sərgidə 90 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC və digər müəssisələr iştirak ediblər. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 260-dan artıq vakant iş yeri və 280 təcrübə yeri təklif olunub. Ümumilikdə tələbə və məzunlar tərəfindən 1400-dən çox CV şirkət nümayəndələrinə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər