ADNSU-da keçirilən Məzun-Karyera Sərgiləri məzunların iş imkanlarını genişləndirir
Müasir dövrdə gənclər üçün ən vacib mərhələlərdən biri ali təhsil pilləsi və bu dövrdən başlayan karyeralarıdır. Bu dövr demək olar ki, gənclərin taleyini, gələcəyini, konkret peşəsini müəyyən edən əsas mərhələdir. Ümumilikdə karyera qurmaq, peşə sahibi olmaq hər bir gəncin arzusudur. Hələ gəncliyimizin ilk illərində necə, harada təhsil alacağımız, hansı işə sahib olacağımızı düşünürük. Bu mənada ölkəmizdə ali təhsil müəssisələrində təşkil olunan karyera sərgiləri tələbələr və universitet məzunları üçün olduqca əhəmiyyətlidir. Belə sərgilər onların istəklərinin reallaşmasına xidmət etməklə həm də təhsildən birbaşa əmək fəaliyyətinə keçid imkanlarını daha da əlçatan edir. Belə olduqda artıq ali təhsilli şəxs universiteti bitirdikdən sonra iş axtarmaqda çətinlik çəkmir, belə sərgilər zamanı özünün gələcək iş yerini seçir və ya təcrübə proqramına yazılmaqla potensial işçi kimi formalaşır. Bununla təhsil müəssisələri həm də gənclərin işsizlik problemlərinin aradan qaldırılması üçün ölkədə aparılan genişmiqyaslı proqramlara dəstək vermiş olur.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) müasir yanaşma və metodologiyaların uğurlu tətbiqi ilə qısa müddətdə təhsilin keyfiyyətinin yüksəlməsinə nail olan texniki profilli ali təhsil ocağıdır. Xüsusilə son illərdə universitetdə savadlı kadrların və mühəndislərin yetişdirliməsi prosesinin uğurlu nəticəsi haqqında elə onların çalışdıqları müəssisələrdən tələbələrimizin xoş sorağını eşidirik. Bu, Azİİ məzunlarına tələbatın artmasında da özünü göstərir. Əlbəttə, hər bir müəssisə rəhbəri, işəgötürən savadlı və bacarıqlı mütəxəssisə üstünlük verir, güvənir.
Qeyd edək ki, 2016-cı ildən başlayaraq ildə iki dəfə olaraq hər il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına dəstək məqsədilə Məzun-Karyera Sərgisi keçirilir. Bu sərgilərin hər birində 100-ə yaxın, bəzən daha çox şirkət iştirak edir. Layihənin önəmli bir tərəfi də odur ki, Məzun-Karyera sərgiləri ADNSU ilə dövlət qurumu və özəl şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində körpü yaradıb. Bu da universitetin tələbələrinin və məzunlarının zamanında işlə təmin olunmasında, karyera qurmasında xüsusi rol oynayır. May ayının 21-də ADNSU-da sayca XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azərcell”, “Azerfloat” QSC və digər dövlət və özəl qurumları iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.
Sərgidə ADNSU-nun rektoru, professor Mustafa Babanlı iştirakçıları salamlayaraq universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki, gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.
Bəli, ADNSU-da keçirilən Məzun-Karyera Sərgiləri ilə gənclərin həm də ixtisasına uyğun və zamanında işlə təminatına zəmin yaradır, dəstək olur. Hətta iki ilə yaxın davam edən Pandemiya şəraitidində də bu ənənə mövcud şəraitə uyğun davam etdirildi. 2020-ci ilin ilk aylarından başlayaraq dünyanı cənginə alan Koronovirus epidemiyası Azərbaycandan da yan keçmədi. Elə həmin ilin mart ayından başlayaraq ali təhsil müəssisələrində, o cümlədən ADNSU-da onlayn təhsil sitemi quruldu və təhsil onlayn formatda davam etdirildi. İki ilə yaxın sərt şəkildə davam edən pandemiya şəraiti ilə bağlı olaraq tədris prosesi ilə yanaşı, universitetdə tədbirlər, görüşlər, konfranslar və digər zəruri tədbirlər də onlayn formatda davam etdirildi. Odur ki, 2020-ci iyunun 11-də ADNSU-da ilk dəfə onlayn formatda Məzun-Karyera Sərgisi keçirildi. Bu, universitetdə sayca VIII sərgi idi. Əvvəlki sərgilərlə müqaisədə şirkətlərin sayı az olsa da, amma sərgi yeni formatda baş tutdu, müəssisə və təşkilatlar müəyyən olunmuş qaydalarla onlayn formatda öz təcrübə və vakant iş yerlərini ziyarətçilərə təqdim edə bildilər. Pandemiyanın uzun müddətli davam etməsi ilə əlaqədar olaraq IX, X və XI Məzun-Karyera sərgiləri də onlayn formatda keçirildi. Biri-birindən fərqli olan bu sərgilərdə universitet tərəfindən yaradılmış saytda ("career.asoiu.edu.az") şirkət və müəssisələrin elan etdiyi iş və təcrübə yerləri haqqında məlumatlar, müraciət edənlərin CV məlumatlarının mərkəzləşdirilmiş formada sayt vasitəsi ilə qəbul edilməsi və ortaq platformadan idarə olunması onlayn formatda keçirilən sərgiyə marağı daha da artırdı. Ənənəvi formata uyğun olaraq onlayn formatda da müəssisələr tərəfindən təklif olunan iş və təcrübə yerlərinin sayı daha da artdı. Nümunə üçün qeyd edək ki, 2021-ci il dekabrın 23-də ADNSU-da onlayn formatda keçirilən XI Məzun-Karyera Sərgisində 82 dövlət qurumu və özəl şirkət tərəfindən 234 vakant iş yeri və 270 təcrübə yeri təqdim olunmuşdu. Hər kəs "career.asoiu.edu.az" saytına daxil olub özəl və dövlət qurumlarının təqdim etdiyi vakant iş yerləri ilə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilər. Yuxarıda qeyd olunduğu kimi, ilk dəfə olaraq pandemiyadan sonra ötən ənənəvi formatda Məzun-Karyera Sərgisi keçirildi, ancaq hazırda da pandemiya vaxtı yaradılan sayt aktivdir, iştirakçılar CV-lərini sərgidə birbaşa şirkət nümayəndələrinə təqdim etməklə yanaşı, elektron formatda da məlumatlarını aiddiyəti müəssisəyə göndərə bilərlər.
Bundan əlavə, universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikovanın təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərin mütəxəssisləri ilə ADNSU tələbələri arasında görüşlər keçirilir, tələbələr üçün master-klasslar təşkil olunur. Bu da sözsüz, yuxarı kurs təlbələrinə karyera qurmaq, onların ixtisaslarına uyğun işlərlə tanış olmaq və bu istiqamətdə olan fürsətlərdən elə tələbə ikən yararlanmaq imkanı yaradır.
Ümumilikdə qeyd edə bilərik ki, bu sərgilərdə şirkət nümayəndələrinin təqdim etdikləri vakansiyalar, təcrübə proqramları tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması ilə yanaşı, onların əmək bazarına inteqrasiyasını təmin edir. Həmçinin, məzunlarımızın işəgötürənlərlə bir platformada ortaq məxrəcə gəlməsi onların ixtisaslarına uyğun peşə seçimində də ciddi rol oynayır, uyğun işlə təminatına təkan verir.

Elnur Hadıyev,
“Oil and İndustry” jurnalının məsul katibi