Pakistanın Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi açılıb

Pakistanın Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi açılıb AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi alimlərdən ibarət nümayəndə heyəti Pakistanda işgüzar elmi səfərdədir.
Beynəlxalq konfransa dəvət almış Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəlcə Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zaidai ilə görüşüblər.
Əsgər Zaidai Azərbaycan alimlərinin dost və qardaş Pakistana səfərindən məmnunluğunu bildirib, Dövlət Kollec Universitetinin iki yüz ilə yaxın tarixindən, fəaliyyətindən, o cümlədən Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin perspektivlərindən danışıb.
Görüşdə Azərbaycan-Pakistan elmi əlaqələrinin hazırkı vəziyyətindən, elmi əməkdaşlığın əhəmiyyətindən danışılıb, iki ölkənin uğurlu siyasi-diplomatik münasibətlərinin möhkəm təməllərinin elmi əlaqələrə də böyük təkan verdiyi vurğulanıb.
Sonra Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzinin açılışı olub. Mərasimdə bu Mərkəzin elmi əlaqələrin daha da genişlənməsinə təsir göstərəcəyi bildirilib. Həmçinin Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında böyük rol oynayacağı vurğulanıb.
Daha sonra Lahor Universitetində “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər