MDB ölkələrində islamşünaslıq mövzusunda forum başa çatıb

MDB ölkələrində islamşünaslıq mövzusunda forum başa çatıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum başa çatıb.
Bağlanış mərasimində çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov qeyd edib ki, forumun mövzusu və istiqamətlərini özündə ehtiva edən məruzələr, MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçı alimlərin çıxışları gələcəkdə kitab şəklində çap olunacaq.
A.Şirinov İslam dünyasında elmin inkişafı, MDB ölkələrində islamşünaslığın inkişaf perspektivləri barədə danışıb. O, müasir Azərbaycanda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmiz dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanınır.
“İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev, Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze forumun mövzusunun müxtəlif aspektlərdən araşdırıldığını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər