Prezident İlham Əliyev – Ən yeni tariximizin banisi

Prezident İlham Əliyev – Ən yeni tariximizin banisi Azərbaycan xalqı Qafqaz regionunda əhalisinə və ərazisinə görə ən böyük dövlətə sahibdir. Hər bir xalqın tarixində ədalətin qələbəsi üçün bütün fəaliyyətini səfərbər edən, ümumxalq arzusunu həyata keçirən böyük şəxsiyyətləri olub. Lakin o şəxsiyyətlərin bir çoxu öz fəaliyyətlərinin nəticəsinin şahidi olmadan əbədiyyətə qovuşublar. Bu gün Azərbaycan xalqı son iki yüz ildə yetişdirdiyi ən böyük şəxsiyyəti ilə eyni dövrdə yaşayır. Bu gün biz, böyük şəxsiyyət, siyasət aləmində ağıllı və tədbirli, hərb meydanında isə məğrur və qətiyyətli lider İlham Əliyevin müasiriyik. Məhz o, xalqımıza həmrəylik və qətiyyət sayəsində böyük qələbələr qazanmağın və tarixi ədaləti bərpa etməyin yollarını öyrətdi.
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.
O bildirib ki, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi daim vətənin, xalqın maraqlarını üstün tutan Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün oldu: “Prezident İlham Əliyev Qafqaz regionunun lideridir. Bu regionun gələcək taleyini məhz Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin əsas prioritetləri və hərbi potensialına əsaslanan nailiyyətləri müəyyən edir. Ali Baş Komandanın rəhbərliyi və qətiyyətli mövqeyi nəticəsində 2020-ci ilin payızında 44 günlük Vətən savaşının böyük Zəfərlə bitməsi müzəffər Azərbaycan Ordusunun Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq etdi. Azərbaycanın iqtisadi, siyasi, mədəni və hərbi sahələrdə ardıcıl olaraq qazandığı nailiyyətlərin müəllifi Prezident İlham Əliyevdir”.
R.Əlizadə vurğulayıb ki, Qarabağ Zəfəri Prezidentin ən yeni tariximizin banisi olduğunu təsdiq etdi: “Müasir dövrün görkəmli ictimai-siyasi xadimləri, eləcə də ayrı-ayrı dövlətlərin prezidentləri İlham Əliyevin uğurlu fəaliyyətini yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan regionun iqtisadi inkişafında mühüm rol oynayan və gələcəyi hədəfləyən irimiqyaslı layihələrin, neft strategiyasının, eləcə də hərbi sənayenin inkişaf etdirilməsi yönündə istər investisiya, istərsə də insan resursları baxımından ən böyük layihələri maliyyələşdirən qüdrətli dövlətdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqutundan sonra onun tərkibindən çıxaraq öz müstəqilliyini elan etmiş on beş respublikadan yalnız Azərbaycan iqtisadiyyatın demək olar ki, bütün sahələrində tam olaraq sərbəst inkişaf yoluna qədəm qoyub. Daxili bazarda xarici təsirlərin möhkəmlənməsinə imkan verməyib. 1993-cü ilin payızında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk günlərdən etibarən əsası qoyulmuş uğurlu inkişaf strategiyası bu gün öz bəhrəsini verir. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu strategiyanı daha da irəli aparaq bir çox xalqın əsrlər boyu gedə bilmədiyi Zəfər Yolunu cəmi 44 günə qət etdi. Böyük Zəfər tariximizin keçmişinə və bu gününə işıq saldı”.

Tehsil-press.az

Oxşar xəbərlər