Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm Günü münasibətilə elan olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, gənc alimlərin stimullaşdırılması Pedaqoji Universitetin strateji inkişaf planında qarşıya qoyulan hədəflərə çatmaq üçün tətbiq olunan vasitələrdən biridir. Bu tədbirlər gələcəkdə daha böyük kontingenti əhatə edəcək.
Universitetin elm və innovasiyalar üzrə prorektoru, Elm komissiyasının sədri professor Asəf Zamanov müsabiqə barədə məlumat verib. O deyib ki, müsabiqəyə ADPU və filiallardan ümumilikdə 13 gənc tədqiqatçı müraciət edib. Onlar arasından humanitar elmlər, dəqiq və təbiət elmləri olmaq üzrə iki nominasiyada qaliblər seçilib. Humanitar elmlər üzrə I yerə İlkin Əsgərov və Sevinc Quliyeva, II yerə Taleh Cəfərov layiq görülüb, III yerin isə qalibi olmayıb. Dəqiq və təbiət elmləri nominasiyası üzrə birinci yeri tutan olmayıb. Nominasiya üzrə Gülnar Əlizadə II yerə, Ülkər Baxşıyeva isə III yerə layiq görülüblər.
Prorektor vurğulayıb ki, namizədlərin qiymətləndirilməsi tədqiqatçının çap olunan elmi əsərləri, habelə nüfuzlu elmi jurnallarda dərc olunan məqalələri, dissertasiya işinin müdafiə vaxtı, respublika və beynəlxalq elmi konfranslarda iştirakı, habelə universitetin ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyəti kimi meyarlar əsasında aparılıb.
Müsabiqənin qaliblərinə pul mükafatı və diplomlar təqdim olunub.
Qeyd edək ki, müsabiqə ötən il ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu elmi jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir.
Tehsil-press.az