Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azİİ e-Kitab Evinin balansında açıq kitabxana təşkil olunub. Universitetin rektoru, professor Mustafa Babanlı yaxın zamanlarda açıq havada da yeni kitabxana yaradılacağını deyib. Bildirilib ki, yeni açılan kitabxanada 1200-dək kitab var və yaxın gələcəkdə nəşrlərin sayının artırılması nəzərdə tutulub. Kitablar əsasən ixtisasa və tədrisə uyğun nəşrlərdən ibarətdir.