Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün karyera günü keçirilib.
Karyera günündə Mühəndislik fakültəsinin texnoloji maşın və avadanlıq ixtisası üzrə təhsil alan bir qrup tələbəsi iştirak edib.
Elmi-Tədqiqat İnstitutunun direktor müavini Əflatun Məmmədov tələbələrə strukturlar və iş fəaliyyəti haqqında məlumat verib.
Sonra tələbələr hərbi-müdafiə təyinatlı təlim üçün nəzərdə tutulmuş atıcı silahlar, həmçinin “İtiqovan” və “Orbiter-3” pilotsuz uçuş aparatları, digər avadanlıqla, müasir silahların texniki göstəriciləri ilə tanış olublar. Tələbələrə təcrübə və gələcək karyera imkanları barədə də məlumat verilib.
Tehsil-press.az